Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Naxçıvan Qarnizonu Qoşunlarında təlim davam edir-FOTO

 

Naxçıvan Qarnizonu Qoşunlarında təlim davam edir
Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi plana uyğun davam edir.
Yenixeber.org: Müdafiə Nazirliyindən verlən məlumata görə, təlimin planına əsasən səhra və stasionar döyüşü idarəetmə məntəqələrində əməliyyatlar planlaşdırılır, müxtəlif fəaliyyət tərzləri üzrə hesabatlar aparılır, ərazidə taktiki və xüsusi təyinatlı qrupların tapşırıqları dəqiqləşdirilir, maket üzərində qarşılıqlı əlaqənin və hərtərəfli təminatın təşkili üzrə plan və hesabatlar hazırlanır.
Qəbul edilən qərarın hərtərəfli təminatının təşkili üzrə qərargahlar tərəfindən plan və əlavələrin xəritəyə işlənilməsi, aidiyyəti üzrə əmr və sərəncamların müasir texniki vasitələr üzərindən bölmələrə göndərilməsi məşq etdirilir.
Təlimin növbəti mərhələsi kompüter üzərində və praktiki fəaliyyətlərin icrası ilə davam edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam