Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşü olacaq

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşü olacaq

Yaxın zamanda Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü olacaq.

Yenixeber.org: Bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib.

Onun sözlərinə görə, üç ölkə arasında münasibətlərin hazırkı vəziyyəti siyasi, iqtisadi, ticari və humanitar istiqamətlər üzrə üçtərəfli əməkdaşlığı səmərəli şəkildə inkişaf etdirməyə və yaxşılaşdırmağa imkan verir.

“Qarşıdan gələn üçtərəfli zirvə görüşündə söhbət ilk növbədə enerji, nəqliyyat, kommunikasiya və digər strateji istiqamətlərdən gedəcək”, - Türkmənistan Prezidenti deyib.

Türkmənistan, Azərbaycan və Türkiyənin Şərq-Qərb istiqamətində etibarlı nəqliyyat və enerji körpüsünün yaradılması üzərində fəal iş apardıqlarını qeyd edən Q.Berdiməhəmmədov nəqliyyat sahəsində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə layihənin həyata keçirilməsi perspektivlərinin mövcud olduğunu söyləyib:

“Üç ölkənin potensialının bir araya gətirilməsi, ümumi resurslardan, coğrafi, sənaye və texnoloji imkanlardan istifadə təkcə milli iqtisadiyyatın inkişafına güclü təkan verməyəcək, həm də bütün Avrasiya məkanında yeni perspektivlər yarada bilər”.

Xatırladaq ki, Türkmənistan, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü 2021-ci ilin avqust ayında Xəzərin Türkmənistan sahillərində yerləşən "Avaz" milli turizm zonasında keçirilməli idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam