Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

ÜST: -"Koronavirus pandemiyası hələ də qızğın dövrünü yaşayır"

ÜST: Koronavirus pandemiyası hələ də qızğın dövrünü yaşayır

"Peyvəndləmənin geniş yayılması COVID-19 virusunu nəzarət altına almağa kömək edə bilər".

Yenixeber.org: Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.

“Uzunmüddətli perspektivdə virusu nəzarət altına almağa, xəstəliyin ağır keçirilməsi və ölüm hallarını əhəmiyyətli dərəcədə azaltmağa ümid edirik. Peyvəndləmənin geniş yayılması, vaksinlərin əlçatanlığının təmin edilməsi və mövcud alətlərdən strateji istifadə sayəsində buna nail ola bilərik”, - o deyib.

Onun sözlərinə görə, virusun endemik hala gəlməsi hələ onun təhlükəsiz olması demək deyil: “Pandemiyanın gələcək inkişafı ilə bağlı çoxlu qeyri-müəyyənliklər var. ÜST bir sıra ssenariləri nəzərdən keçirir, lakin hazırda koronavirus pandemiyası hələ də qızğın dövrünü yaşayır. Prioritetimiz əlimizdə olan alətlərdən istifadə etməklə insan həyatlarını xilas etməkdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam