Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Niderland qəzeti -Azərbaycana qarşı təxribata yol verib

Niderland qəzeti Azərbaycana qarşı təxribata yol verib

Niderlandda fəaliyyət göstərən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi yerli “De Volkstrant” qəzetinin ölkəmizlə bağlı həqiqətə uyğun olmayan məlumat yaymasına etirazını bildirib.

Yenixeber.org: Diasporla İş üzrə Dövləti Komitəsindən verilən məlumata görə, Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın qəzetin rəhbərliyinə ünvanladığı məktubda bildirilib ki, Azərbaycan əsilli niderlandlılar Ermənistanın ölkəmizə qarşı hərbi təxribatları barədə dürüst məlumatların dərc olunmasını vacib hesab edirlər.

Münaqişələrin həssas mövzu olduğunu və onlara fərqli maraqlar baxımından yanaşıldığını xatırladan birlik sədri vurğulayıb ki, belə xəbərlər dürüst və qərəzsiz şəkildə təqdim edilməlidir. “Faktla uydurmanın bir-birinə qarışdığı dövrdə “De Volkskrant” kimi media quruluşu obyektivliyə haqq qazandırmalıdır” - məktubda vurğulanıb.

Nəzərə çatdırılıb ki, jurnalist Karlin van Eşin müəllifi olduğu məlumatda yazdığı “On minlərlə erməni öldürüldü, bundan sonra qonşu Ermənistan müdaxilə etdi və Dağlıq Qarabağı tutdu” iddiası yalandır, üstəlik, bu uydurmanı tarixi fakt kimi göstərmək yolverilməz haldır: “Belə həssas mövzuda yazan jurnalist tarixə daha yaxşı bələd olmalıdır. Burada “on minlərlə erməninin qətli”ndən söhbət gedə bilməz. Belə hadisə tarixdə olmayıb. Çünki bütün Dağlıq Qarabağ ərazisində cəmi 150 min əhali var idi. Jurnalistin məlumatından belə çıxır ki, ərazinin əhəmiyyətli bir hissəsi “qətlə yetirililib”.

Birlik qəzet rəhbərliyindən kobud səhvin dərhal düzəldilməsini tələb edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam