Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Ərdoğan Kılıçdaroğlunu bağışlayıb –4.6 milyonluq təzminatdan da imtina edib

Prezident Rəcəb Tayyib Ərdoğanın 15 iyul çevriliş cəhdindən sonra CHP sədri Kamal Kılıçdaroğluna qarşı qaldırdığı iddiaları geri götürməsi ilə bağlı xəbərin təfərrüatı açıqlanıb.

Yenixeber.org:  17 iddiadan geri çəkilən Ərdoğan, 4 milyon 460 min lirəlik təzminatdan da imtina edib.

CHP liderinin bu həftə TBMM qrup toplantısındakı çıxışında “halallaşma” çağırışına toxunan Ərdoğan, 15 iyul çevriliş cəhdindən sonra Kılıçdaroğluna qarşı qaldırdığı iddiaları geri götürdüyünü xatırladıb və “cənab Kamal, mən geri çəkildimmi? Sənə qarşı qazandığım məhkəmələri bağışladım, amma heç birinin qədrini bilmədin, anlamadın” deyib.

Ərdoğanın geri götürülən iddiaları Kılıçdaroğlunun 2011-2016-cı illər arasında parlament qrup toplantılarında, mitinqlərdə və toplantılarda etdiyi müxtəlif çıxışlarda onun ünvanına təhqiramiz ifadələr işlətməsi ilə bağlıdır. Kəsilən təzminat tələblərinin məbləği 10 min ilə 1 milyon lirə arasında dəyişib. 3 ayrı iddiada ən yüksək məbləğ - 1 milyon lirə təzminat tələb edilib, bu iddialar Kılıçdaroğlunun Ərdoğanı Reyhanlıdakı partlayış və Uludərədəki hava hücumunda həyatını itirənlərə görə məsuliyyət daşıması ilə bağlıdır.

Bundan başqa Klıçdaroğlu Prezidenti Suriyaya terror təşkilatı personalı göndərilməsində ittiham edib, namus və ədalət anlayışlarından istifadə edərək, onun barəsində təhqiramiz ifadələr işlədib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam