Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Azərbaycan bankları -Qarabağda xidmət göstərməyə hazırlaşır

Azərbaycan bankları Qarabağda xidmət göstərməyə hazırlaşır

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində maliyyə-bank sisteminin bərpası üzrə müzakirələrə başlanılıb və konkret təkliflər planı hazırlanıb”.

Yenixeber.org: Bunu Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev deyib.

“Biz bu məsələləri Azərbaycan Mərkəzi Bankı birlikdə icra edirik və Qarabağda yeni, innovatit ödəniş sistemləri üzərindən maliyyə-bank sisteminin xidmətlərinin təmin və təqdim edilməsini təşkil edəcəyik”, - o deyib.

"Yaxın günlərdə Qarabağ Dirçəliş Fondu ilə birgə Qarabağda bank sektoruna dair konfrans-görüş keçirilməsini planlaşdırırıq. Bu görüş çərçivəsində bank-maliyyə xidmətlərinin təmin edilməsini və işğaldan azad edilmiş ərazilərə yeni investisiyaların cəlb edilməsini, burda fəaliyyət göstərən və göstərəcək şirkətlən, hüquqi və fiziki şəxslərə kreditlərinin verilməsi məsələlərini geniş müzakirə edəcəyik", - deyə Z.Nuriyev əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam