Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Hikmət Hacıyev -Azərbaycanın informasiya savaşındakı təcrübəsindən danışıb

Hikmət Hacıyev Azərbaycanın informasiya savaşındakı təcrübəsindən danışıb

"Türkiyə tərəfindən təşkil edilən forum böyük əhəmiyyət daşıyır. Müasir dünyada strateji kommunikasiyaların, yəni ismarışların əlaqələndirilmiş və ardıcıl şəkildə təqdim olunması böyük önəm kəsb edir. Bu xüsusda Azərbaycanın təcrübəsi konfrans iştirakçılarının nəzərinə çatdırıldı".

Yenixeber.org: Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya-"Stratcom 21" sammiti ilə bağlı deyib.

O bildirib ki, xüsusilə Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibə hibrid elementlərlə müşaiyət olunub və dezinformasiya, yalan xəbərlər əsnasında həyata keçirilib.

Prezidentin köməkçisi vurğulayıb ki, bu məsələ ötən əsrin 90-cı illərinin əvvəllərinə də aiddir: "Azərbaycanın haqlı olmasına baxmayaraq ölkəmizin haqsız duruma salınmasına və bu münaqişə əsnasında yalanların beynəlxalq ictimaiyyətə təqdim olunmasına cəhd edilirdi. Tədbirdə çıxışım zamanı Birinci və İkinci Qarabağ müharibələrini müqayisə edərək, Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsi zamanı aparılan strateji kommunikasiyanın əhəmiyyətini və metedolojiyasını konfrans iştirakçılarının diqqətinə çatdırdım. Vətən müharibəsi zamanı Prezident İlham Əliyev dünyanın 30-dan artıq media orqanına müsahibə verib. Həmin müsahibələr saatlarla davam edirdi. Eyni zamanda dövlət başçısının Azərbaycan xalqı ilə birbaşa dialoqunun həyata keçirilməsi və televiziyalar vasitəsi ilə cəbhədə baş verən hadisələri xalqa çatdırması, reallıqları təqim etməsi də böyük önəm daşıyırdı. Həmçinin Prezident tərəfindən sosial media hesabları üzərindən aparılan fəaliyyət və bütün ölkəmizdə kommuniyasiyanın vahid mərkəzdən idarə olunaraq əlaqələndirilmiş şəkildə, hər hansı fikir ayırılığına yol vermədən həyata keçirilməsi sahəsində olan təcrübəmizi bölüşdük".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam