Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirilib-FOTOLAR

Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirilib

Əlahiddə Ümumqoşun Orduda bölmələr tərkibində döyüş atışlı taktiki təlimlər keçirilib. Təlimlərə motoatıcı və mexanikləşdirilmiş bölmələrlə yanaşı gücləndirmə bölmələri də cəlb edilib.
Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq həyəcan siqnalı ilə qaldırılan bölmələr təlim rayonlarına çıxarılıb.
Müasir ümumqoşun döyüşünün planlaşdırılması, aparılması və döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə döyüş uzlaşmasına nail olunması məqsədilə motoatıcı və mexanikləşdirilmiş bölmələr dronlarla, tanklar və tank əleyhinə vasitələrlə gücləndirilib, minaatanların atəşi ilə dəstəklənib.



Yaranmış mürəkkəb şəraitdə döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirən bölmələrimiz tərəfindən şərti düşmənin müdafiəsinin ön xəttində və yaxın dərinliyində yerləşən atəş vasitələri, canlı qüvvəsi və zirehli texnikası məhv edilib.

Döyüş tapşırıqlarının qısa zaman ərzində qətiyyət və uğurla yerinə yetirilməsi nəticəsində bölmələrin uzlaşmış fəaliyyətinə nail olunub.










Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam