Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Qonşu ölkə sakinlərinin 80%-i Aİ və NATO-ya üzv olmaq ideyasını dəstəkləyir

Gürcüstan sakinlərinin 80%-i Aİ və NATO-ya üzv olmaq ideyasını dəstəkləyir

“Gürcüstanın Avropa İttifaqına (Aİ) və NATO-ya qoşulması ideyası respublika sakinlərinin 80%-i tərəfindən dəstəklənir və XXI-ci əsrdə təsir sferalarından danışılması tamamilə qəbuledilməzdir”.

Yenixeber.org: Bunu Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Rusiya Gürcüstanın zorla NATO-ya daxil edilməsi cəhdlərini “qırmızı xətt”in pozulması kimi qəbul edəcək” fikrinə münasibət bildirərkən deyib.

“Bilirsiniz ki, NATO və Avropa İttifaqına üzvlük ideyası böyük milli dəstəyə malikdir. İllər ərzində bu dəstək 80% və ya daha çox olur. Müvafiq olaraq, artıq Gürcüstan cəmiyyətində bununla bağlı konsensus var. Gürcüstan demokratik ölkə kimi artıq özünü bu konkret məkanın bir hissəsi hesab edir və bu, ilk növbədə, Gürcüstan üçün dəyərli məsələdir”.

O, həmçinin əlavə edib ki, XXI-ci əsrdə təsir dairələri haqqında danışmaq tamamilə qəbuledilməzdir: “XXI-ci əsrdə sözdə təsir dairələri, müxtəlif dövlətlərin müstəsna zonaları və s. haqqında danışıqlar tamamilə qəbuledilməzdir. Bu, yalnız beynəlxalq sistemin sabitliyini pozmağa və dünya nizamını pozmağa xidmət edir”, - diplomat əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam