Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Azad edilən ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə aparılır

Azad edilən ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə aparılır

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.

Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, sərt iqlim şəraitində, çətin relyefli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün bütün zəruri tədbirlər həyata keçirilib.

Hərbi qulluqçular normaya uyğun ərzaq və isti geyimlə təmin edilib. Döyüş növbətçiliyi aparan bölmələrdə şəxsi heyətin nümunəvi xidmət etməsi üçün modul tipli komplekslərdə xidməti otaqlar mebellər, müasir tipli sanitar qovşaqları, qurutma otağı, tibb məntəqəsi, ehtiyat qidaların saxlanması üçün ərzaq anbarı, yataq ləvazimatları, mətbəx avadanlıqları və fasiləsiz elektrik enerjinin təminatı üçün generatorlarla təchiz olunub.

Hərbi qulluqçularımızın təzə və yüksək kalorili qida ilə fasiləsiz təmin olunması, eləcə də sosial-məişət şəraiti və qoşun xidmətinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində həyata keçirilən tədbirlər planlı şəkildə davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam