Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

“Taliban” -2 minə yaxın üzvünü sıralarından uzaqlaşdırıb

Əfqanıstan İslam Əmirliyinin “təmizləmə komissiyası”nın rəsmiləri bildiriblər ki, 1895 “Taliban” üzvü pis davranışlarına görə cəzalandırılıb.

Yenixeber.org: Əfqanıstan İslam Əmirliyinin sözçüsü İnamullah Samanqani “Twitter” hesabında bildirib ki, üzvlüyü ləğv edilənlər arasında bəzi əyalət rəhbərləri də var. Samanqani əlavə edib ki, məmurlar və sıravi şəxslər “təmizlik komissiyası”nın araşdırmalarından sonra ayrılıblar.

Bu arada, “təmizləmə komissiyası”nın rəhbəri Lütfullah Həkimi “Twitter” hesabında insanlardan “Taliban”ın adından sui-istifadə edənlərin və yaramazlıq edənlərin müəyyən edilməsi üçün onlarla işləməyi xahiş edib: “Bu insanların əksəriyyətinin işləri məhkəmələrə göndərilib və komissiya yaradıldıqdan sonra çoxlu sayda pis insanlar Əfqanıstan İslam Əmirliyini tərk edib”.

“Təmizləmə komissiyası” Əfqanıstan İslam Əmirliyi (ƏİƏ) administrasiyasında yeni yaradılıb, sadə insanlarla pis rəftar edən və qaydalara əməl etməyən “Taliban” üzvlərinə nəzarət etməklə məşğuldur.

Bundan əvvəl “Taliban” hərəkatının ali lideri Molla Heybətullah Axundzadə Əmirliyin rəsmilərindən nüfuzlu şəxsləri müəyyən etməyi və onları “öz reytinqlərindən ayırmağı” xahiş edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam