Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

ASELSAN:"Azərbaycanın müdafiə sənayesi sahəsində xarici asılılığını azaltmaq istəyirik"

ASELSAN: Azərbaycanın müdafiə sənayesi sahəsində xarici asılılığını azaltmaq istəyirik

"Biz Azərbaycanın müdafiə sənayesi sahəsində xarici asılılığını azaltmağı, texnologiya transferi layihələri vasitəsilə kritik texnologiyalara çıxışı təmin etməyi və yerli məşğulluq yaratmaqla sənayeni gücləndirməyi hədəfləyirik".

Yenixeber.org: Bunu Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün rəsmi qəzetə müsahibəsində deyib.

"Bizim Prezidentimiz son 20 ildə bu işdə inanılmaz iradə göstərdi. Müdafiə sənayesində yerli məhsulların xarici məhsullara nisbəti 20 il əvvəl yüzdə 20 faiz təşkil edirdisə, bu gün bu nisbət əks göstəricidir. İndi Türk ordusunda yüzdə 80 faiz yerli müdafiə sənayesi məhsullarından istifadə olunur. İki qardaş ölkə arasında əməkdaşlıq hər sahədə davam edir. Müdafiə sənayesi sahəsində də birgə istehsal, inkişaf mövzuları prioritetdir. Bir az əvvəl qeyd etdiyim kimi, 1998-ci ildən etibarən ASELSAN-ın Azərbaycanda “ASELSAN-Bakı” şirkəti fəaliyyət göstərir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə ASEL­SAN arasında, xüsusilə elektrooptika və gecəgörmə sistemləri ilə bağlı birgə istehsalat fəaliyyətləri həyata keçirilir. Son illərdə bələdçi dəstlərlə bağlı bəzi birgə fəaliyyətlərimiz də var", - o bildirib.

H.Görgün hesab edir ki, gələcəkdə müdafiə sənayesi sahəsində birgə müəssisələrin təşkili, birgə məhsulların istehsalı reallaşacaq: "Onu da qeyd etmək istərdim ki, bu sahədə texnologiyanı bilən, sevən, yaradıcı, innovativ universitet məzunlarına, beyin kapitalına ehtiyac var. Buna görə gələn il biz Texnofesti Azərbaycanda təşkil edəcəyik. Biz Azərbaycanın müdafiə sənayesi sahəsində xarici asılılığını azaltmağı, texnologiya transferi layihələri vasitəsilə kritik texnologiyalara çıxışı təmin etməyi və yerli məşğulluq yaratmaqla sənayeni gücləndirməyi hədəfləyirik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam