Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

ƏMƏK PENSİYALARININ GÖZLƏNİLƏN ORTA AYLIQ MƏBLƏĞİ AÇIQLANDI -VİDEO

“2021-ci ildə Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri 5 milyard 152 milyon manat həcmində gözlənilir”. 

Yenixeber.org: Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov “2021-ci ilin yekunlarına dair” mətbuat konfransında deyib.

O bildirib ki, bu 2020-ci ilin gəlirləri ilə müqayisədə 8,5 faiz çoxdur: “Məcburi Dövlət Sosial Sığorta (MDSS) haqları 3 milyard 810 milyon manat gözlənilir ki, bu, 2020-ci illə müqayisədə 7,2 faiz çoxdur”.

H.Məmişov qeyd edib ki, büdcə təşkilatları üzrə daxilolmaların 1 milyard 380 milyon manat, qeyri-büdcə təşkilatları üzrə daxilolmaların isə 2 milyard 430 milyon manat olması gözlənilir.

“Bu il dövlət büdcəsindən transfertin həcmi 1 milyard 313, 3 milyon manat təşkil edir”, - deyə o qeyd edib. 

“2021-ci il üzrə əmək pensiyalarının gözlənilən orta aylıq məbləği 331 manat təşkil edir” - deyə, Himalay Məmişov “2021-ci ilin yekunlarına dair” mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2022-ci il üzrə gözlənilən məbləği də açıqlayıb: “Yaşa görə əmək pensiyaların gözlənilən orta aylıq məbləği 358 manat, 2022-ci il üzrə bu proqnoz isə 375 manatdır”.

O qeyd edib ki, əmək pensiyalarının minimum məbləği bu il 200 manat olub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam