Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

İlham Əliyev Dünya və Avropa Karate Federasiyasının prezidentini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Dünya və Avropa Karate Federasiyasının prezidenti Antonio Espinosu qəbul edib.

Yenixeber.org:  Söhbət zamanı Azərbaycanda idmanın bütün növlərinə, o cümlədən karate növünə dövlət səviyyəsində dəstək göstərildiyi və ölkəmizin idman sahəsində əldə etdiyi nailiyyətlər qeyd olundu. Karateçilərimizin nüfuzlu beynəlxalq idman yarışlarında, xüsusilə Olimpiya Oyunlarında qazandığı uğurlar vurğulandı.

Görüşdə Bakıda keçirilən Dünya Karate Federasiyasının ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turnirinin əhəmiyyətindən söhbət açıldı. Bildirildi ki, bu turnirin keçirilməsi ölkəmizin mühüm beynəlxalq idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi etməsini bir daha göstərir.

Dövlətimizin başçısı Antonio Espinosa Azərbaycan Karate Federasiyasının fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı ölkəmizdə idmanın bu növünə çox sayda gənclərin və uşaqların böyük marağının olduğu məmnunluqla vurğulandı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam