Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

III Çarlz bu gün rəsmi olaraq Böyük Britaniyanın kralı elan ediləcək

 

Çarlz III bu gün rəsmi olaraq Böyük Britaniyanın kralı elan ediləcək.

Yenixeber.org: II Elizabetin oğlunu yeni hökmdar elan edəcək Varislik Şurasının iclası Londonda yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 13:00) başlayacaq.

“Əlahəzrət sentyabrın 10-da, Müqəddəs Ceyms sarayında saat 10:00-da Varislik Şurasının iclasında kral elan ediləcək”, - sənəddə deyilir. Sarayda əvvəlcə əlahəzrətin iştirakı olmadan, Şəxsi Şura - monarxın yanında məsləhətçi orqan - görüşəcək. Onun üzvləri anası bir gün əvvəl öldüyü anda kral olmasına baxmayaraq III Çarlzın taxta çıxdığını elan edəcəklər. Sonra II Elizabetin varisi iclasa qatılaraq rəhbərlik edəcək.

Üç əsrlik ənənəyə görə, əlahəzrət bircə - Şotlandiya Kilsəsini müdafiə edəcəyinə (1707-ci ildə bağlanmış İngiltərə-Şotlandiya ittifaqının şərti belə idi-red) and içəcək. Britaniya monarxının ali rəhbəri olduğu İngiltərə kilsəsi ilə bağlı and daha sonra parlamentin palatalarında oxunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam