Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

"Təhlükə yaransa, nüvə silahından istifadə edəcəyik, bu, blef deyil" -Putin


“Rusiyanı və xalqımızı qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik, bu, blef deyil”.
Yenixeber.org:  Bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciəti zamanı deyib.

"Nüvə şantajından da istifadə olunub. Söhbət təkcə Qərbin təşviq etdiyi Zaporojye AES-in atəşə tutulması və nüvə fəlakəti təhlükəsi ilə bağlı deyil, həm də NATO-nun aparıcı dövlətlərinin bəzi yüksək rütbəli nümayəndələrinin nüvə fəlakəti ilə bağlı bəyanatlarından gedir. Rusiyaya qarşı kütləvi qırğın silahlarından - nüvə silahlarından istifadənin mümkünlüyü ilə bağlı bəyanatlardan. Rusiya ilə bağlı bu cür bəyanatlara yol verənlərə xatırlatmaq istəyirəm ki, bizim ölkəmiz də müxtəlif məhvetmə vasitələrinə malikdir və bəzi komponentlərində NATO ölkələrindən daha müasirdir. Və ərazi bütövlüyünə təhlükə yaranarsa, Rusiyanı və xalqımızı qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik, bu, blef deyil”, - deyə o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam