Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

ABŞ 64 hərbi təyyarə və helikopteri Taciksitan və Özbəkistana verə bilər

Yenixeber.org: Qeyd olunur ki, söhbət ötən ilin avqust ayında əfqan pilotlar tərəfindən qaçırılmış texnikadan gedir. Bu hərbçilər Əfqanıstan Talibanın nəzarətinə keçdikdən sonra ölkəni təyyarə və helikopterlərlə tərk ediblər.

"Politico" yazır ki, Vaşinqton onlara veriləcək təyyarə və helikopterlərin müqabilində Düşənbə və Daşkənddən Əfqanıstanda “terrorçularla” mübarizədə dəstək istəyir... 

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə hazırda Özbəkistanda 46 ədəd, Tacikistanda isə 18 ədəd qaçırılmış aviatexnika vahidi var. Bunların arasında Mi-17 və Black Hawk helikopterləri, habelə turbopərli Embraer А-29 qırıcıları, Pilatus və Cessna sərnişin təyyarələrinin olduğu deyilir.

Məqalədə qeyd olunur ki, "Taliban" hakimiyyətə gəldiyi vaxtdan sözügedən aviasiya texnikasının ona qaytarılmasını tələb edib, lakin Daşkənd bildirib ki, texnikanı yalnız onun sahibinə – ABŞ-a qaytara bilər. Rəsmilərdən biri deyib ki, ABŞ həmin texnikanın qiymətləndirilməsini keçirmək, onların hələ də uçuşa yararlı olub-olmadığını yoxlamaq istəyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam