Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Ceyhun Bayramov:"ABŞ Azərbaycanın yanaşmasını yüksək qiymətləndirib"

 

“Biz sülh gündəliyimizə sadiqliyimizi nümayiş etdirdik, sülh müqaviləsi üzrə görüşün keçirilməsi təklifimizin qüvvədə olduğunu bildirdik. Bizim bu yanaşmamız ABŞ tərəfindən də yüksək qiymətləndirilib”.

Yenixeber.org: Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Real TV”yə müsahibəsində deyib.

O vurğulayıb ki, rəsmi Bakı bölgədə sülh və sabitliyin bərpasını istəyir.

“Dövlət Departamentinin açıqlamasına diqqət yetirsəniz, orada da tərəflərə sülh müqaviləsi üzrə danışıqları ən qısa müddət ərzində davam etdirilməsi çağırışı var. Hətta sentyabr ayının sonunadək belə bir görüşün keçirilməsi gözləntisi və çağırışı var. Hər kəs istəyir ki, gərginlik olmasın, bölgədə sülh və əmin-amanlıq bərqərar olunsun”, - XİN başçısı vurğulayıb.

Qeyd edək ki, sentyabrın 19-da Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinken, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş olub.

Danışıqlar BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində A.Blinkenin vasitəçiliyi ilə baş tutub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam