Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Zelenski bu liderə də təşəkkür etdi 

Volodymyr Zelensky.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. 

Yenixeber.org: Zelenski Səudiyyə şahzadəsinə hərbi əsirlərin mübadiləsində göstərdiyi səylərə görə minnətdarlığını bildirib və krallığın bu prosesdə əsas rolunu qeyd edib.  

Salman Əl Səud ölkəsinin Ukrayna münaqişəsinin bütün tərəfləri arasında vasitəçi kimi səy göstərməyə hazır olduğunu bəyan edib.

Zelenski Ukraynanın enerji təhlükəsizliyi, müharibədən sonrakı yenidənqurma və birgə investisiya layihələrini də müzakirə etdiklərini açıqlayıb.

Rusiya ilə Ukrayna arasında sonuncu əsir mübadiləsi sentyabrın 21-də baş tutub. Rusiyaya 55 nəfər, o cümlədən prezident Vladimir Putinin xaç atası adlandırılan Viktor Medvedçuk geri qaytarılıb. Ukrayna tərəfi isə 215 hərbi qulluqçunu, eləcə də Azov alayının döyüşçülərini azad edib.(“Al Arabiya”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam