Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

G7 ölkələri Ukraynanın şərqindəki "referendum"ları pisləyib-BƏYANAT

Böyük Yeddilik (G7) ölkələri Ukraynanın şərqində keçirilən "referendum"ları pisləyir və beynəlxalq hüququn pozulması hesab edir.

Yenixeber.org: Bu barədə G7 liderlərinin birgə bəyanatında deyilir.

Qeyd edilir ki, Ukraynanın suveren ərazisinin statusunu dəyişdirməyə yönələn bu hərəkətlər BMT nizamnaməsinə, beynəlxalq hüquqa və qanunun aliliyinə ziddir.

G7 liderləri hesab edirlər ki, nəticələr Ukrayna xalqının iradəsinin qanuni ifadəsi olmayacaq. Belə ki, bu "referendum"ların heç bir hüquqi qüvvəsi və legitimliyi yoxdur”.

Bəyanata görə, G7 Ukraynanın azad edilmiş ərazilərində keçirilən referendumlara görə Rusiyaya qarşı sanksiyaları genişləndirməyə hazırdır.

G7 liderləri oktyabrın 25-də Berlində Ukraynanın bərpası ilə bağlı konfrans keçirməyə razılaşıblar.

Xatırladaq ki, bu gün Ukraynanın Rusiya qoşunlarının nəzarətində olan Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərində Rusiya Federasiyasına subyekt kimi qoşulmaq üçün “referendum”da səsvermə başlayıb. Proses sentyabrın 27-dək davam edəcək.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam