Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Rusiya ilə bu ölkə sərhədində rekord növbələr yaranıb-AÇIQLAMA

Rusiya ilə Gürcüstan sərhədində rekord növbələr yaranıb
Rusiya-Gürcüstan sərhədində ilin əvvəlindən rekord sayda avtomobil növbəsi yaranıb. Bu barədə RBC yazır.
Yenixeber.org: Federal Gömrük Xidmətinin məlumatına görə, sentyabrın 23-ü saat 06:00-a olan məlumata görə, Yuxarı Lars keçid məntəqəsinin qarşısında 1715 avtomobildən ibarət növbə düzülüb. Qeyd olunur ki, bu, ilin əvvəlindən bəri maksimum göstəricidir.

Öz növbəsində, Şimali Osetiya üzrə Daxili İşlər Nazirliyi TASS-a bildirib ki, respublika ərazisində Yuxarı Lars keçid məntəqəsi vasitəsilə Gürcüstana daxil olmaq üçün növbə gözləyən iki mindən çox avtomobil yığılıb.

Şimali Qafqaz Gömrük İdarəsinin məlumatına görə, son üç gündə Yuxarı Lars keçid məntəqəsi vasitəsilə Rusiyanı tərk etmək istəyənlərin sayı kəskin artıb.

Bundan əlavə, sentyabrın 22-də Finlandiya ilə sərhəddə iki məntəqədə - Torfyanovka və Brusniçnoyedə sutkada sərhədi keçən avtomobillərin sayına görə rekord qeydə alınıb. Gün ərzində müvafiq olaraq 989 və 890 avtomobil keçib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam