Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Xüsusi nümayəndə:"Ərdoğanla Paşinyan Praqada görüşə bilər"

 

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilə bilər".

Yenixeber.org: Bunu Ermənistan Baş nazirinin müavini, Türkiyə-Ermənistan normallaşma prosesində rəsmi İrəvanın nümayəndə heyətinin rəhbəri Ruben Rubenyan “Azadlıq radiosu”nun erməni dilində redaksiyasına müsahibəsində deyib.

Müxbir soruşub ki, R.T.Ərdoğan və N.Paşinyan bir neçə gün sonra Çex Respublikasının paytaxtında keçiriləcək sammit çərçivəsində görüşə bilərlərmi? Xüsusi nümayəndə buna cavab olaraq söyləyib ki, belə bir görüş mümkündür. O qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə həsr olunan görüş keçirilə bilər və rəsmi İrəvanın bununla bağlı mövqeyində dəyişiklik yoxdur.

R.Rubenyan bildirib ki, Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçla sonuncu dəfə iyulda görüşüblər. Onun sözlərinə görə, həmin danışıqlarda iki ölkə arasında sərhədlərin açılması, avia yüklərin daşınması üçün birbaşa imkanların yaradılması kimi məsələlərə dair razılıq əldə edilibmiş.

R.Rubenyan xüsusi nümayəndələrin növbəti görüşünün sentyabrın 14-də keçirilməsinin nəzərdə tutulduğunu, lakin Azərbaycan və Ermənistan sərhədində sentyabrın 12-13-də baş verən gərginliyə görə təxirə salındığını söyləyib. Onun sözlərinə görə, növbəti görüşün tarixi hələ məlum deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam