Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Papa Rusiya və Ukraynaya çağırış etdi:“Silahlar sussun və güc yolu ilə deyil,..."

Papa Rusiya və Ukraynaya müraciət edib
Roma Papası Fransisk Rusiya və Ukraynanı münaqişəni dayandırmağa və sülh yolu ilə həll etməyə çağırıb.
Yenixeber.org: Vatikanın Apostol Sarayının pəncərəsindən dindarlara ənənəvi bazar müraciəti başlamazdan əvvəl o, bəşəriyyətin yenidən nüvə təhlükəsi ilə üz-üzə olduğunu deyib.

“Silahlar sussun və güc yolu ilə deyil, razılaşdırılmış, ədalətli və sabit həll yollarına gətirib çıxara biləcək sülh danışıqlarına gəlmək üçün şərtlərin axtarışına başlanılsın.

Bu, həyatın müqəddəs dəyərinə, eləcə də hər bir ölkənin suverenliyinə və ərazi bütövlüyünə, həmçinin azlıqların hüquqlarına və qanuni maraqlarına hörmətə əsaslanacaq”, - Papa bildirib.

Papa bildirib ki, onun çağrısı Rusiya prezidentinə ünvanlanıb. Xahiş olunur ki, xalqına məhəbbətdən dolayı gərginliyin qarşısını alsın.

"Mən ümidlə Ukrayna prezidentinə ciddi sülh təkliflərinə açıq olmaq çağırışı ilə müraciət edirəm", - Papa Fransisk deyib.

Pontifik böhrana son qoymaq, dialoq təşəbbüslərini təşviq etmək və dəstəkləmək üçün bütün məsul siyasətçilərə müraciət edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam