Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Azərbaycan cüdosunun inkişafında xidmətləri olan şəxslər və idman mütəxəssisləri mükafatlandırılıb -SİYAHI

 

Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə Azərbaycan cüdosunun inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib.

Yenixeber.org: Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Həsənov Tərlan Əliheydər oğlu və Rəcəbli Əhməddin İzət oğlu “Şöhrət” ordeni, Kələntərov Ceyhun Musa oğlu isə “Tərəqqi” medalı ilə mükafatlandırılıb.

Eyni zamanda Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə Azərbaycan cüdosunun inkişafında xidmətləri olan bir qrup idman mütəxəssisinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib. Bunlar Məmmədli Elnur Çingiz oğlu və Qarayeva Sevda Qiyas qızıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam