Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Emin Hüseynov:"Azərbaycan Qarabağdakı şəhərsalma işlərini öz gücünə həyata keçirir"

 

İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma işlərini Azərbaycan öz gücünə həyata keçirir.

Yenixeber.org:  Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər Ağdamın baza infrastruktur işlərinin yekunlaşması gözlənilir.

E.Hüseynov qeyd edib ki, 2023-cü ilin sonunda əsas tikinti layihələri həyata keçiriləcək.

"Yaxın 2 il ərzində Ağdamda mühüm işlərə başlanılacaq",- deyə o, əlavə edib.

Xüsusi nümayəndə bildirib ki, Ağdama ilkin mərhələdə 2025-ci ildə əhalinin köçürülməsinin başlanması gözlənilir: "İlkin mərhələdə 10 min nəfərin köçü baş tuta bilər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam