Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Azərbaycan və Qırğızıstan 25 milyon dollarlıq birgə fond yaratmağı planlaşdırır

 

Bu həftə Azərbaycan və Qırğızıstan nizamnamə kapitalı 25 milyon ABŞ dolları olan birgə fondun yaradılması haqqında saziş imzalamağı planlaşdırır.

Yenixeber.org: Bunu Qırğızıstan parlamentinin büdcə komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini Kanatbek Abdrahmanov deyib.

“Bütün vəsaitələr, resurslar Azərbaycan tərəfindən təmin ediləcək. Fondun mənzil-qərargahı Bişkekdə yerləşəcək”, - nazir müavini bildirib.

Onun sözlərinə görə, fondun strukturu və sxemi Özbəkistan və Macarıstan ilə yaradılan birgə fondlara oxşar olacaq.

Bundan əvvəl xəbər verilmişdi ki, Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, biznes əlaqələrinin möhkəmləndirilməsi, kiçik və orta biznesin inkişafı üçün güclü təkan olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam