Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Prezident:“Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması investisiyaların cəlb olunmasına xidmət edəcək”

 

“Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması investisiyaların cəlb olunmasına və yeni iş yerlərinin açılmasına xidmət edəcək”.

Yenixeber.org: Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasının yekunlarına dair deyib.

Dövlət başçısı Bişkekə indiki səfərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, yarım il əvvəl Qırğız Respublikası Prezidenti Sadır Japarovun Azərbaycana səfər etdiyini xatırladıb.

"Altı ay əvvəl biz sizi Bakıda qonaq etdik, bu gün isə mən Bişkekdəyəm. Bu, planlaşdırdığımız hər şeyi həyata keçirmək niyyətində olduğumuzdan xəbər verir. Bir qayda olaraq, cavab səfərləri bir ildən tez baş tutmur, bizdə isə cəmi yarım il sonra baş tutdu. Bu, bizim nəticəyə kökləndiyimizdən xəbər verir. Məmnunluq hissi ilə qeyd etməliyəm ki, Bakı sessiyasında nəzərdə tutduğumuz hissə artıq həyata keçirilib. İlk növbədə, Qırğızıstan-Azərbaycan birgə İnkişaf Fondunun yaradılması inkişafa, investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına və iqtisadi-ticarət sahəsində əməkdaşlığın qurulması üçün daha böyük zəmin yaradılmasına xidmət edəcək”, - dövlət başçısı bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam