Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Tokayev Ərdoğanla tennis oynadı -FOTOLAR

Tokayev Ərdoğanla tennis oynadı - FOTOLAR

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Türkiyə prezidenti Rəcəb Tayyib Astanada stolüstü tennis oynayıblar.
Yenixeber.org: Qazaxıstan prezidentinin İnstaqram səhifəsində dövlət başçılarının birgə oyununun fotoları yayılıb.

Kasım-Jomart Tokayev oyundan əvvəl Rəcəb Tayyib Ərdoğana 1-ci dərəcəli “Dostluq” ordeni təqdim edib.

Ərdoğan bildirib ki, qlobal və regional qeyri-sabitlik dövründə Qazaxıstanın təhlükəsizliyinin, sabitliyinin, ərazi bütövlüyünün təmin edilməsi və iqtisadi rifahının yaxşılaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

Tokayev və Ərdoğan bundan əvvəl may ayında Qazaxıstan prezidentinin Türkiyəyə dövlət səfəri zamanı stolüstü tennis oynamışdılar.

Qeyd edək ki, Kasım-Jomart Tokayev bundan əvvəl 13 il Qazaxıstan Stolüstü Tennis Federasiyasının prezidenti olub. Prezidentin mətbuat xidməti qeyd edib ki, dövlət başçısı bu idman növünün böyük həvəskarıdır.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam