Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar olub

 

Zəngilan Hava Limanına ilk mülki təyyarə reysi həyata keçirilib.

Yenixeber.org:  Rayonun Ağalı kəndində keçiriləcək “Zəfər yürüşü” triatlon turnirində iştirak etmək üçün idmançıları, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Triatlon Federasiyasının əməkdaşlarını, həmçinin media nümayəndələrini daşıyan "Khankendi" təyyarəsi yenicə istifadəyə verilmiş Hava Limanına eniş edib.

Bakıdan, Heydər Əliyev Beynəlxalq Hava Limanından başlayan uçuş 45 dəqiqə çəkib.

Qeyd edək ki, “Zəfər yürüşü” torpaqların işğaldan azad edilməsindən sonra vətəndaşların məskunlaşdığı ilk yaşayış məntəqəsində ilk idman yarışı, ümumiyyətlə isə, azad edilmiş ərazilərdə (Şuşa və Suqovuşandan sonra) 4-cü turnirdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam