Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

“Bayraktar”ı mühərriklə təchiz edən şirkətin rəhbəri tutuldu-SƏBƏB

“Bayraktar”ı mühərriklə təchiz edən şirkətin rəhbəri tutuldu
Ukraynanın Şevçenkovski Rayon Məhkəməsi “Motor Sich” şirkətinin prezidenti Vyaçeslav Boquslayev barəsində həbs qətimkan tədbiri seçib.
Yenixeber.org: Qərara əsasən, Ukrayna Təhlükəsizlik Xidmətinin müstəntiqləri ibtidai istintaq apararkən o, növbəti 60 gün ərzində təcridxanadan çıxa bilməyəcək.
Qeyd edək ki, sənaye nəhənginin başçısı Rusiya ilə əməkdaşlıq və təcavüzkar dövlətə yardım maddələrilə ittiham olunur. Boquslayev və zavodun bir sıra digər rəhbər işçiləri oktyabrın 23-də saxlanılıblar. Təhlükəsizlik Xidməti “Motor Sich” prezidentinin Rusiya ilə əməkdaşlığını təsdiqləyən telefon danışıqlarının audioyazılarını dərc edib.
Burada Boquslayev Rusiyanın Ukraynaya müdaxiləsinə haqq qazandırır, həmçinin işğal olunan torpaqların azad edilməsi zamanı Rusiya ordusunun ukraynalı hərbçiləri dayandıra biləcəyinə ümid etdiyini bildirir.
Xatırladaq ki, “Motor Sich” müəssisəsi “Bayraktar” və “Akıncı” PUA-larını mühərriklə təmin edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam