Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

ABŞ Ukraynaya tezliklə yeni hərbi yardım paketi təqdim edəcək

Con Kirbi Cen Psakini əvəzlədi

ABŞ hakimiyyəti yaxın vaxtlarda Ukrayna tərəfinə yeni hərbi yardım paketi təqdim etmək niyyətindədir.

Yenixeber.org: Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Onun sözlərinə görə, Vaşinqton bunu qısa müddət ərzində etməyi planlaşdırır:

“ABŞ tərəfindən Ukraynaya təhlükəsizliklə bağlı bəzi əlavə hərbi yardımın göstərildiyini görəcəksiniz. Və məncə bu çox tezliklə olacaq”.

Ağ Evin nümayəndəsi qeyd edib ki, Birləşmiş Ştatlar Ukraynanı hərbi yardım da daxil olmaqla, dəstəkləmək planlarına sadiqdir. Belə ki, rəsmi Vaşinqton lazım olduğu qədər bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, bu gün Pentaqon Kiyevə 275 milyon dollarlıq yeni hərbi yardım paketinin təqdim olunacağını açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam