Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

  DTX rəisi BQXK nümayəndəsi ilə görüşdü -FOTO

DTX rəisi:   "Ermənistan itkin vətəndaşlarımıza dair məlumatları təqdim etmir"

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Draqana Koiçi qəbul edib.

Yenixeber.org: Dövlət Komissiyasının sədri Əli Nağıyev görüşdə BQXK-nin ölkəmizdə həyata keçirdiyi humanitar missiya, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Qarabağ müharibələri zamanı itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyənləşdirilməsi və axtarış prosesinin davamlı olaraq intensiv şəkildə aparılması, Ermənistanın itkin vətəndaşlarımıza dair məlumatları təqdim etməməsi ilə bağlı fikirlərini bildirib, həmçinin son dövrlərdə işğaldan azad olunmuş ərazilərdə aşkarlanan Azərbaycan vətəndaşlarına məxsus meyit qalıqlarının ekshumasiyası və eyniləşdirilməsində göstərdiyi dəstəyə görə BQXK-yə minnətdarlığını ifadə edərək, Azərbaycan cəmiyyətində yüksək narahatlıqla qarşılanan yuxarıda sadalanan hallarla bağlı BQXK ilə birgə səylər sayəsində tezliklə konkret nəticələrin əldə olunacağına ümidvar olduğunu bildirib.

 

Xanım Draqana Koiç isə öz növbəsində səmimi qarşılanmaya görə təşəkkür edib, gündəlikdə duran önəmli məsələlərin həlli istiqamətində qarşılıqlı səmərəli münasibətlər çərçivəsində vacib addımların atıldığını diqqətə çatdırmaqla BQXK-nin son zamanlarda həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib.

 

Görüşdə, eyni zamanda hər iki tərəf üçün maraq kəsb edən digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam