Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

“Naxçıvanın muxtar statusunun ləğvinə hazırlıq sürətlənir”

“Naxçıvanın muxtar statusunun ləğvinə hazırlıq sürətlənir”
Bu gün Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilərək DTX-nin Naxçıvan Baş İdarəsi yaradılıb.
Yenixeber.org:  REAL Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli bu qərarı Naxçıvanın Muxtar Respublika statusunun ləğvinə hazırlıq kimi dəyərləndirib.

O qeyd edib ki, unitar ölkə olan Azərbaycanda heç bir ərazinin özəl statusuna ehtiyac yoxdur: “Belə başa düşürəm ki, Naxçıvanın Muxtar Respublika statusunun ləğvinə hazırlıq sürətlənir – doğru yanaşmadır. Amma bu addımın illərdir dediyimiz hüquqi bazası, konstitusiya islahatları ayağı mütləq olmalıdır. Yeni Konstitusiyada bir çox məsələlərlə yanaşı, ölkənin inzibati-ərazi bölgüsü də dəyişdirilməli, yaradılmış 14 iqtisadi rayon (Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan da daxil olmaqla) inzibati-ərazi vahidinə çevrilməli, yerli özünüidarəetmə gücləndirilməli, Böyük Şəhər Bələdiyyələri və seçkili Mer institutu təsis edilməlidir.

Bu, həm də Xankəndində yaşayan erməni əsilli azərbaycanlıların (bir daha – azərbaycanlı etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımı, üst kimlikdir) ölkəyə siyasi-iqtisadi-inzibati-sosial inteqrasiyasını da sürətləndirəcək amil olmaqla yanaşı, ölkənin tamamında da sistem islahatlarına, idarəetmənin təkmilləşdirilməsinə, nəhayət ki, start verilmiş olacaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam