Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

"Taxıl sazişi"nin müddəti uzadıla bilər

Yenixeber.org:  Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, yeni razılığa ehtiyac yoxdur: "Rusiya gübrəsinin ixracı razılığın bir hissəsidir. Rusların bu tələblərinin yerinə yetirilməməsi ilə bağlı narahatlıqları var. İndi bu narahatlıqları aradan qaldırmaq üçün diplomatiya fəaliyyət göstərir".

M.Çavuşoğlu söyləyib ki, diplomatik təmaslar davam edir: "Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putin, Ukrayna lideri Volodimir Zelenski və BMT-nin Baş katibi Antoniu Quttereşlə müzakirə aparıb. Mən də BMT Baş katibi Antoni uQuttereş, ABŞ-ın dövlət katibi Entoni Blinken, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və Rusiya XİN başçısı Sergey Lavrovla telefonla danışmışam. Həmçinin NATO Baş katibi Yens Stoltenberqlə də müzakirələr aparmışam".

Türkiyənin XİN başçısı qeyd edib ki, BMT Baş katibi də Rusiya taxıl və gübrəsinin ixracı məsələsindəki maneələrin aradan qaldırılmasına çalışır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam