Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Bu ölkə də PUA istehsal edəcək

Azərbaycan Ermənistanın PUA-larını yerə endirdi

       Polşa və Gürcüstan yaxın gələcəkdə birgə pilotsuz uçuş aparatı (PUA) istehsal edəcək.

Yenixeber.org: Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumatda vurğulanır.

Bildirilib ki, Müdafiə naziri Cuanşer Burçuladze “Delta-Webe” Gürcüstan-Polşa şirkətinin pilotsuz uçuş aparatları zavodunun tikintisi ilə tanış olub.

Nazir qeyd edib ki, müəssisə yaxın vaxtlarda Gürcüstan istehsalı olan PUA-ları istehsal edəcək.

“Delta-Webe” Gürcüstan-Polşa şirkəti Polşanın "WB Electronics" şirkəti və Gürcüstanın "Delta" dövlət hərbi elmi-texniki mərkəzi arasında imzalanmış müqavilə əsasında yaradılıb.

Sözügedən müəssisədə gürcü və polşalı mütəxəssislər pilotsuz uçuş aparatlarının istehsalı mövzusunda birgə çalışacaqlar.

Nazirlik qeyd edib ki, mərkəzin peşəkar təlimatçıları Müdafiə Qüvvələrinin müvafiq şəxsi heyətini də hazırlayacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam