Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Lavrovun xüsusi nümayəndəsi Azərbaycana gələcək -  Özü isə İrəvanda geir

Lavrovun xüsusi nümayəndəsi Azərbaycana gələcək 

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Azərbaycana səfər edəcək.

Yenixeber.org: Bu barədə Rusiya XİN-in Mətbuat və İnformasiya Departamentinin direktor müavini İvan Neçayev məlumat verib.

O, Xovayevin bu yaxınlarda İrəvanda səfərdə olduğunu, Ermənistan rəhbərliyi ilə faydalı görüşlər keçirdiyini xatırladıb.

“İndi isə Xovayevin səfər növbəsi Azərbaycanadır”, - rusiyalı diplomat vurğulayıb. Neçayev Xovayevin Azərbaycana konkret nə vaxt səfər edəcəyini açıqlamayıb.

                ***

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 22-23-ü İrəvanda rəsmi səfərdə olacaq.
Bu barədə məlumatı Rusiya XİN-in İnformasiya və mətbuat departamentinin rəhbərinin müavini İvan Neçayev açıqlayıb.
Onun sözlərinə görə, Lavrov İrəvanda KTMT-nin Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası, Təhlükəsizlik Şurası Katibləri Komitəsinin birgə iclasında iştirak edəcək.(“News.am”)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam