Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Bu türkdilli dövlətlərin prezidentləri Ermənistandadır

 Qırğızıstan prezidenti Sadır Japarov və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) sessiyasında iştirak etmək üçün bu gün İrəvana gəliblər.

Yenixeber.org: Hava limanında onları Ermənistan baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.Xatırladaq ki, KMTN-nin bugünkü iclasında Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov və Tacikistan prezidenti Emoməli Rəhmonun iştirakı gözlənilir. İclasda KTMT-nin baş katibi Stanislav Zas da iştirak edəcək.


Qurum üzvləri beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sessiyalararası dövrdə fəaliyyətinin əsas nəticələrini müzakirə edəcəklər. Bundan başqa, KTMT-nin böhrana cavab sisteminin təkmilləşdirilməsi və Ermənistana yardım göstərilməsi üçün birgə tədbirlərin müzakirəsi də olacaq.


Sessiya zamanı Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsinin qəbul ediləcəyi gözlənilir.


KTMT-də sədrliyin Belarusa keçəcəyini  nəzərə alaraq, prezident Aleksandr Lukaşenko gələn il üçün prioritetlərini təqdim edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam