Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Zabit:"Sarıbabada basdırılan minalar insan tələfatı üçün nəzərdə tutulub"

 

"Laçın rayonunun Sarıbaba yüksəkliyində basdırılan minaların tərkibində toz şəklində 65 qram partladıcı maddə var və bu minalar insan tələfatı üçün nəzərdə tutulub".

Yenixeber.org: Bunu Müdafiə Nazirliyinin polkovnik-leytenantı Cavid Cabbarov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri və jurnalistlərə məlumat verərkən deyib.

Onun sözlərinə görə, Laçın rayonunun Sarıbaba yüksəkliyində aşkarlanan minalar 2021-ci ildə Ermənistan tərəfindən istehsal edilib: "Bunlar piyada əleyhinə fuqas tipli minalardır. Minaların tərkibində toz şəklində 65 qram partladıcı maddə var və gövdəsi 200 qramdır. Minalar insan tələfatı üçün nəzərdə tutulub. Sarıbabadakı minalar Vətən müharibəsindən sonra 2021-ci ilin birinci həftəsində basdırılıb".

Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələri Laçın rayonunun Sarıbaba yüksəkliyində aşkarlanan mina sahələrinə baş çəkiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam