Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Kərim Vəliyev Komando briqadalarında təlimlərin real döyüş şəraitində keçirilməsini tapşırıb

 

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ordunun Komando briqadaları və digər hərbi hissələrində təlimlərin real döyüş vəziyyətinə uyğun şəraitdə keçirilməsi barədə göstəriş verib.

Yenixeber.org: O, tapşırığını hərbi hissələrdə qəfil yoxlama zamanı çatdırıb.

Baş Qərargah rəisi döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində əsas diqqətin təlim və məşqlərin planlı və sistematik keçirilməsi, habelə birlik, birləşmə və idarəetmə orqanlarının döyüş uzlaşmasının təmin olunması, hərbi qulluqçuların fərdi hazırlığı, döyüş heyətlərinin tapşırıqları dəqiq və vaxtında icra etməsinə yönəldilməsini tapşırıb.

Təlim və məşqlərin intensivliyi və keyfiyyətinin artırılmasına toxunan müdafiə nazirinin birinci müavini onların Vətən müharibəsi, həmçinin son əməliyyatlar, xüsusilə də cari ilin sentyabr ayında baş vermiş döyüş toqquşmalarında qazanılan təcrübə nəzərə alınmaqla real döyüş vəziyyətinə uyğun şəraitdə keçirilməsi barədə göstəriş verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam