Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Müdafiə Nazirliyində “Media savadlılığı” mövzusunda tədbir keçirilib

 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təşkilatçılığı və Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə Şəxsi Heyət Baş İdarəsində “Media savadlılığı” mövzusunda seminar keçirilib.

Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə nazirinin müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyasının icrasına dair "İşçi qrup"unun üzvləri, eləcə də Azərbaycan Ordusunun mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərinin iştirak etdiyi tədbirdə MEDİA nümayəndələri tərəfindən brifinq təqdim olunub. Kütləvi informasiyanın məzmunu, ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə və təhlil qabiliyyəti barədə müzakirələr edilib.

Tədbirdə Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının icrası, o cümlədən mətbuat və ictimaiyyətlə əlaqələr sahəsində görülən işlər, informasiya və rəqəmsal media savadlılığının artırılmasına dair ətraflı fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam