Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Türkiyə prezidenti Kahramanmaraşda Azərbaycan könüllüləri ilə görüşüb

 

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlərə dəstək məqsədi ilə qardaş ölkəyə yollanmış Azərbaycan könüllüləri ilə görüşüb.

Yenixeber.org: Dövlət başçısı zəlzələ bölgəsində xidmət edən Azərbaycan könüllülərinə təşəkkür edib. “Xoş gəldiniz, xoş gəldiniz. Maşallah. Azərbaycanlı qardaşlarımız”, - Ərdoğan görüş zamanı bildirib. 

Azərbaycan könüllüləri də öz növbəsində Prezident Ərdoğana başsağlığı verib.

Qeyd edək ki, Türkiyədə baş vermiş və çoxsaylı insan itkilərinə səbəb olmuş zəlzələdən dərhal sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən zəlzələdən zərər çəkmiş qardaş ölkəyə yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi genişmiqyaslı tədbirlərə Azərbaycanın könüllü gəncləri də qoşulublar. Belə ki, ötən həftə ərzində təbii fəlakətdən ən çox zərər görmüş Kahramanmaraş, Hatay və Adıyaman bölgələrindəki çadır şəhərciklərdə könüllü kimi çalışan yüz nəfər azərbaycanlı gənc minlərlə zərərçəkmiş şəxsə, habelə həssas vəziyyətdəki yüzlərlə uşağa xidmət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam