Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Bakını duman bürüdü

 

“Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Sinoptik  şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir”.

Yenixeber.org:  Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O bildirib ki, Xəzər dənizi üzərində yaranan duman cənub-şərq küləkləri vasitəsilə Abşeron yarımadasına daxil olub:

“Gecə və səhər saatlarında yer səthinin soyuması və yerə yaxın təbəqədə inversiya qatının yaranması dumanın əmələ gəlməsinə şərait yaradıb. Bakıda və Abşeron yarımadasında, Sabirabad, Cəfərxan, Salyan, Neftçala, Biləsuvar rayonlarında duman müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb”.

G.Məmmədova əlavə edib ki, fevralın 27-dən martın 01-i axşamadək Bakıda və Abşeron yarımadasında fasilələrlə dumanlı hava şəraiti davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam