Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

"Fazil Mustafaya qarşı törədilən terror aktını şiddətlə qınayıram" -"Ölkəmizdə bərqərar olan siyasi sabitlik kimlərinsə gözünü qamaşdırır"


 “Ötən gecə deputat həmkarımız Fazil Mustafaya qarşı törədilən terror aktını şiddətlə qınayıram. Əminəm ki, qüdrətli dövlətimizin hüquq-mühafizə orqanları bu xain silahlı hücumun icraçılarını və sifarişçilərini tezliklə aşkarlayaraq məsuliyyətə cəlb edəcəklər”.
Yenixeber.org: Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. “Görünür, ölkəmizdə bərqərar olan siyasi sabitlik kimlərinsə gözünü qamaşdırır. Bu cür əməllərlə cəmiyyətdə çaxnaşma, qorxu yaratmağa uğursuz cəhdlər edirlər. Amma unudurlar ki, Azərbaycan xalqı dünyanın ən müdrik xalqlarındandır və öz dövlətinin ətrafında dəmir yumruq kimi birləşib. 2020-ci ildə bütün dünya Azərbaycan xalqının mətinliyini və dövlətinin sarsılmaz qüdrətini gördü. Terrorun təşkilatçıları birmənalı şəkildə anlasınlar ki, bu xalqın iradəsinə heç bir şəkildə təsir edə bilməzlər”, - Milli Məclisin deputatı deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam