Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Azərbaycan Ordusu təlimlərə "Smerç" və "DANA"ları çıxarıb - VİDEO

 Cari ilin döyüş hazırlığı planına əsasən, Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.
Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə,  plana uyğun olaraq bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə açılma, atəş mövqelərinin tutulması və texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə bölmələr "Smerç" reaktiv yaylım atəşi sistemi və "DANA" özüyeriyən haubitsalardan nümunəvi döyüş atışları icra ediblər. Şərti düşmən hədəflərinin sərrast atəşlə məhv edildiyi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.



Təlimin keçirilməsində əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə qabiliyyətinin, bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, eləcə də şəxsi heyətin səhra vərdişlərinin və praktiki vərdişlərinin artırılmasına yönəlib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam