Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

“Azərbaycan hərbçilərinə qarşı amansız rəftar narahatlıq doğurur”:ATƏT

“Ermənistanda Azərbaycan hərbçisinə qarşı açıq-aşkar amansız rəftarın görüntüləri dərin narahatlıq doğurur”.
Yenixeber.org: Bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) məlumat yayıb.
ATƏT/DTİHB insidentlə bağlı dərhal araşdırma aparmağa çağırıb: “Bu, günahkarların beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyətə cəlb olunmasına kömək edəcək”.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam