Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

“Azərbaycanın addımları Cənubi Qafqazdakı vəziyyəti ciddi şəkildə dəyişdirir” –Rusiyalı politoloq

Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılması Cənubi Qafqazda qüvvələr balansını xeyli dəyişir. Əgər Rusiya, Ermənistan və dünya mediasını oxusaq, Azərbaycanın bu addımının erməni ictimaiyyətində hansı təşvişə səbəb olduğunu görərik”.
Yenixeber.org:  Rusiyalı ekspert Darya Qrevtsova açıqalamsında bildirib ki,   Ermənistan bəlli səbəblərdən keçid məntəqəsinin quraşdırılması faktından çox narahatdır:
“Azərbaycan nəzarət-buraxılış məntəqəsinin quraşdırılması faktını dünya ictimaiyyətinə, o cümlədən Ermənistana aydın şəkildə izah edib. NBM əsasən təhlükəsizlik məqsədləri üçün quraşdırılıb. Hamımız yaxşı bilirik ki, Ermənistan tərəfdən minaların daşınması və basdırılması halları olub. Onları, təbii ki, Laçın yolu ilə daşıyıblar. Qarabağda qeyri-qanuni hasil edilən təbii sərvətlərin ixracı da bu yolla həyata keçirilib. Eko-fəallar da elə bu daşımanın qarşısını almağa çalışırlar. Azərbaycan dəfələrlə bu yolla silahların necə daşındığına dair görüntülər təqdim edib. Təbii ki, bütün bunlar narahatlıq doğurur, təhlükəsizliyi və imzalanmış sazişləri pozur”.
Qrevtsova onu da bildirib ki, Ermənistan məntəqənin quraşdırılmasının Rusiya ilə razılaşdırıldığını hesab edir. Çünki İrəvan son vaxtlar üzünü Qərbə çevirib və Rusiyaya qarşı qeyri-etik davranır. “Paşinyanın KTMT iclası zamanı qiyam qaldırdığını, KTMT-nin müşahidə missiyasından imtina etməsini yada salaq. Ona görə də Ermənistanda belə fikirlər hökm sürür ki, Moskva bu yolla İrəvandan qisas alır. Bu səbəbdən Ermənistan Azərbaycana təzyiq göstərmək, xarici mediada hay-küy yaratmaq üçün ABŞ-a, Fransaya və öz diasporuna müraciətlər edir. Ermənistanın bu cür oynaması Rusiyanın İrəvanı dəstəkləməkdən soyumasına, müttəfiq hesab etdiyi Azərbaycanın mövqeyinə meyillənməsinə gətirib çıxarır. Azərbaycanın qətiyyətli addımları Cənubi Qafqazdakı vəziyyəti ciddi şəkildə dəyişdirir. Ermənistanın hazırda keçid məntəqəsinin quraşdırılması faktına qarşı çıxmaq üçün xüsusi resursları yoxdur”, - D.Qrevtsova bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam