Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Ermənilərə vətəndaşlıq verilməsinə aydınlıq gətirildi -RƏSMİ

Qanunlarımıza əməl edən Qarabağda yaşayan erməni əsilli şəxslər Azərbaycan vətəndaşlığını ala biləcək. 
Yenixeber.org:  Bunu "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçiridin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. 

O qeyd edib ki, Qarabağda yaşayan şəxslərlə bağlı qərarı Azərbaycan dövləti verir. 

“Bununla bağlı hər hansı qərar olarsa, biz də o qərarı icra edəcəyik. Erməni əsilli vətəndaşlarımızla bağlı ölkə başçısının dəqiq strateji baxışı var. Bizim qanunlara əməl edən şəxslər Azərbaycan vətəndaşlığını ala biləcəklər. O halda onlara sənəd verilməsi üçün səyyar və ya ASAN xidmət təmin olunacaq", - deyə agentlik rəhbəri vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam