Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Azərbaycanın hazırladığı peyk bu tarixdə orbitə buraxılacaq

Biz İsrail şirkətləri ilə birgə yeni peyk layihələrinə başlamışıq. 

Yenixeber.org:  Bunu Azərkosmos (Azərbaycan Respublikasının Kosmik Agentliyi) İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib. 

“Bu, bizim təhlükəsizliyimizin və müdafiə gücümüzün artırılmasına xidmət edəcək. Biz “Azersky 2” layihəsi üzrə ilk peyki 2025-ci ildə orbitə buraxmağı düşünürük. Böyük ehtimalla peyklərin orbitə buraxılması üçün yenə də xaricdən istifadə etməyi düşünürük. Amma ilkin mərhələdə peyklərin hazırlanması və içinin yığılması ilə məşğul olacağıq. 2027-ci ildə isə nəzərdə tutmuşuq ki, özümüz o peykləri hazırlayıb orbitə buraxaq”,- deyə Azərkosmos rəhbəri bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam