Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Zoda gedən yol bağlandı -SƏBƏB

Ermənistanın hərbi polisi Zod istiqamətində yolu bağlayıb. 

Yenixeber.org:  Bu barədə erməni mətbuatı məlumat yayıb. 

"Zoda gedən yol bağlanılıb, hətta media nümayəndələri də əraziyə buraxılmır. Səbəbi məlum deyil", - KİV-in xəbərində deyilir. 

Qeyd edək ki, ötən gün axşam saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Erməni təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub, digər hərbi qulluqçumuz Mahmudlu Müslüm Vidadi oğlu isə başından ağır yaralanıb.Azərbaycan Ordusu Ermənistan tərəfindən törədilən təxribatın qarşısını almaq məqsədi ilə cavab tədbirləri görüb. Qarşı tərəfin yaydığı məlumata görə, təxribata cəhd edən 4 erməni hərbçi yaralanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam