Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Ukrayna Almaniyadan PUA alacaq

Ukrayna 105 alman PUA-sı alacaq

      Ukrayna kəşfiyyatı 105 alman pilotsuz uçuş aparatı (PUA) alacaq.

Yenixeber.org: Ukraynanın Baş Kəşfiyyat İdarəsinin (GUR) Teleqram kanalının verdiyi xəbərə görə, kəşfiyyatçılar ümumilikdə 105 belə avadanlıq alacaqlar.

Təslimat Ukrayna Müdafiə Nazirliyinin Almaniyanın PUA istehsalçısı “Quantum-Systems GmbH” ilə müqaviləsi əsasında həyata keçiriləcək. Bildirilib ki, bu silahlar Almaniya hökumətinin ayırdığı maliyyə əsasında Ukrayna ordusunun aldığı ikinci partiya olacaq.

Qeyd edək ki, Almaniya istehsalı Vektor PUA-ları 24 saat ərzində hədəfi təyin etmək üçün elektro-optik və infraqırmızı sensorlarla, həmçinin real vaxt rejimində döyüş tapşırıqları zamanı məlumat ötürə və video yayımlaya biləcək təhlükəsiz kanallarla təchiz edilib. Ukrayna GUR əlavə edib ki, keçmişdə belə pilotsuz təyyarələr döyüş meydanında yüksək effektivlik nümayiş etdirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam